“Rusiya Ukrayna iqtisadiyyatının çökdürülməsində israrlıdır”

“Rusiya Ukrayna iqtisadiyyatının çökdürülməsində israrlıdır”

Hazırda oxunan: “Rusiya Ukrayna iqtisadiyyatının çökdürülməsində israrlıdır”

48174

Azər Mehdiyev: "Rusiyanın satdığı qazın ödəniş sistemində dəyişiklik etməsi Ukrayna iqtisadiyyatı üçün ciddi problemlər yarada bilər”

Rusiya mətbuatının yaydığı məlumata görə, artıq Ukraynaya satılan qazın ödəniş sistemində dəyişiklik edilib. Belə ki, Ukrayna Rusiyadan aldığı qazın ödənişini əvvəlcədən həyata keçirməlidir. Belə olan vəziyyətdə, uzun illər Rusiyaya borcu olan Ukrayna hansı addımlar atacaq? Proseslərin bu cür gedişi gələcək üçün nə vəd edir?

İqtisadçı-ekspert Azər Mehdiyev məsələ ilə bağlı Aktual.az-a açıqlamasında bildirib ki, Rusiya hər zaman Ukraynaya qarşı qazdan təzyiq vasitəsi kimi istifadə edib, bu gün də ənənəvi davranış nümayiş etdirir:

“Son vaxtlar, nəinki, Ukrayna ilə Rusiya arasında, Avropa ilə Rusiya arasında da qaz məsələsi iqtisadi yox, daha çox siyasi məsələyə çevrilib. Rusiyanın hər zaman Ukraynaya təzyiq vasitəsi kimi istifadə etdiyi silahlardan biri qaz olub. Neçə illərdir ki, Ukrayna Rusiya qazına görə borc içindədir və vaxtında bu borcu ödəyə bilmir. Hətta borcların ödənilməsi məsələsinə vaxtaşırı dəfələrlə baxılmış və şərtlər tətbiq edilmişdir. 

Rusiya Ukraynaya münasibətdə qazdan təzyiq vasitəsi kimi istifadə edir. Ona görə ki, Ukrayna Rusiya qazından asılı vəziyyətdədir. İndiki halda Ukraynanın sosial-iqtisadi durumunun belə bir vəziyyətində qaza görə ödənişin əvvəlcədən tələb edilməsi, faktiki olaraq, həmin qazın satılmasından imtinaya bərabərdir”.

Ekspertin sözlərinə görə, Rusiya bu tələbi davam etdirəcəyi təqdirdə, Ukrayna məcburdur, digər istiqamətlərdən vəsaitləri qazın ödənişinə yönəltsin, bu da çox ciddi problemlər yarada bilər:

“Ukrayna Rusiyadan qaz almağa məcburdur. Əks təqdirdə Ukraynanın həm iqtisadiyyatında, həm də əhalisinin sosial-iqtisadi durumunda ciddi problemlər yarana bilər. Avropa Ukraynanı qazla təmin etmək iqtidarında deyil. Hətta ABŞ-ın vəd etdiyi qazın da indiki halda, tez bir zamanda Ukraynaya satılması mümkünsüzdür. Ukraynanın hazırki vəziyyəti Rusiyadan aldığı qazın dəyərini əvvəlcədən ödəməyə imkan vermir”.

A.Mehdiyev qeyd edib ki, Qərb verdiyi sözə əməl etməlidir:

“ABŞ və Qərb söz veribsə, Ukraynaya maddi yardımları artırmalıdır ki, Rusiyadan aldığı qazın ödənişini həyata keçir bilsin. Rusiyanın istəyi ondan ibrarətdir ki, Ukraynanı danışıqlar masasına oturdub, öz diktəsi ilə istiqamətləndirsin. Qərb, o cümlədən də, ABŞ Ukraynanı dəstəkləyirsə, qısa zamanda onun bu problemdən azad edilməsinə şərait yaratmalıdır”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO