Lirə bu həftəyə də ucuzlaşma ilə başladı

Hazırda oxunan: Lirə bu həftəyə də ucuzlaşma ilə başladı

48156

Türkiyədə milli valyutayanın dollar və avro qarşısında ucuzlaşması davam edir.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün səhər saatlarında ölkədə dollar 12.40 lirədən ticarət olunmağa başlanıb, bir neçə saat keçdikdən sonra isə 12.70-ə yüksəlib.

Qeyd edək ki, Türkiyənin milli valyutası il ərzində 40%-dən çox ucuzlaşıb. Ötən həftənin çərşənbə axşamı isə dollar rekord səviyyəyə çataraq 13,21 lirəyə yüksəlib.

Lirənin qiymətinin gündəlik olaraq kəskin azalması son 20 ilin ən güclü ucuzlaşması hesab olunur.

Bu, ucuzlaşma isə Türkiyə Mərkəzi Bankının noyabrın 18-də uçot dərəcəsini 16%-dən 15%-ə endirmək qərarından sonra vüsət alıb.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO