“Coca-Cola” qiymətləri niyə qaldırıb? - “...öyrənmək istəyirsizsə, səhər tezdən “Bulvar”a gedin” - EKSPERT

Hazırda oxunan: “Coca-Cola” qiymətləri niyə qaldırıb? - “...öyrənmək istəyirsizsə, səhər tezdən “Bulvar”a gedin” - EKSPERT

47943

Məşhur “Coca-Cola” brendi Azərbaycanda satdığı məhsulların qiymətlərini artırıb. Şirkət "Coca-Cola", "Fanta", "Sprite" məhsullarının qiymətini plastik qabda 10 qəpik civarında yüksəldib.

Əslində şirkət mütəmadi olaraq məhsullarında qiymət dəyişiminə yol verir. Demək olar ki, hər ay məhsulların yeni qiyməti müəyyənləşir. Satıcılar sözügedən içkilərin qiymətindəki dəyişikliklərin səbəbini bilməsələr də, şirkətin digər məhsullarının qiymətində də artımı istisna etmirlər.

Ekspertlər isə məşhur şirkətin öz maraqları səbəbindən qiymət dəyişiminə getdiklərini hesab edirlər. Bir ildə bir neçə dəfə qiymət artımı birbaşa istehlakçı hüquqlarının pozulması kimi dəyərləndirilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Qazlı suların inanılmaz ZİYANLARI – Təzyiq, insult, qocalma, daha nələr?


Məsələ ilə bağlı saytımıza danışan Azad İstehlakçılar İctimai Birliyinin rəhbəri Eyyub Hüseynov qiymət artımının şirkətlərin öz siyasəti olduğunu bildirib: 

“Tələbat artdıqca, qiymət yüksəlir və keyfiyyət aşağı düşür. Şirkət özü alıcılıq qabiliyyətini yüksəldiyini görüb, belə bir addım atır. Görünür, Azərbaycanda da tələbat artıb”. 

Eyyub Hüseynov ümumiyyətlə bu cür energetik içkilərin qiymətlərinin əlçatan olmasına qarşı çıxıb: 

“Qiymətlər nə qədər qalxsa, o qədər yaxşıdır. Təəssüflər olsun ki, bu şirkət bütün dünyada elə bir aqressiv reklam aparıb ki, istehlakçılar bu içkidən ayrıla bilmirlər. İstehlakçının “başını yeyən” və çox bahalı reklam işləri gedir. Təkcə “Coca-Cola ”yazılmış ifadənin qiyməti 10 milyard dollardır”. 

Hüquq müdafiəçisi hər kəsi öz növbəsində sözügedən içkilərdən uzaq durmağa çağırıb: 

“Vaxtaşırı dünya istehlakçıları toplaşırıq . "Coca-Cola", "Fanta", "Sprite" kimi içkilərdən insanların uzaq durması ilə bağlı iş aparırıq. Ölkələrdə bu içkinin təbliğatının aparılması insanların ömrünü qısaltmaq məqsədi daşıyır. 
 

“Coca-Cola”nın tərkibini öyrənmək istəyirsizsə, səhər tezdən “Bulvar”a gedin və ağ mərmərin üzərinə bu içkini tökün. Hər şey ortaya çıxacaq”. 


“Coca-Cola Bottlers LTD” Şirkətinin rəsmisi Elşad Fərzəliyev saytımıza açıqlamasında isə deyib ki, “Coca-Cola” nın qiymətində yalnız bir dəfə iyul ayında dəyişiklik olub:

“Qiymət artımı isə xaricdən gətirilən xammalın qiymətinin bahalaşması ilə əlaqədardır. İdxal etdiyimiz xammalın qiyməti artanda, müəyyən müddətdən sonra biz də ona müvafiq olaraq qiyməti artırmağa məcbur oluruq. İyul ayında edilən artım yalnız 7-8 faiz civarında olub”.

Məlumat üçün bildirək ki, “Coca-Cola”nın Azərbaycanda rəsmi təmsilçisi olan “Coca-Cola Bottlers LTD” Şirkəti ölkəmizdə “Coca-Cola”, “Fanta”, “Sprite”, “Burn”,”Bonaqua”, “Capy” və “Fuse” içkilərinin istehsalçısıdır.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO