Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 11 faiz artıb – Putin

Hazırda oxunan: Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 11 faiz artıb – Putin

47834

“Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir”.

Bizim.Media xəbər verir ki, bunu Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüş zamanı Rusiya Federasiyasının Prezidenti Vladimir Putin deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Putin: “Qarabağdakı vəziyyəti nizamlamağın vaxtı çatıb” - VİDEO


O bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsi bunun təsdiqi ola bilər.

Rusiya lideri Prezident İlham Əliyevə müraciət edib:

“Gələn il bizim diplomatik münasibətlər qurmağımızın 30 ili olacaq. Bu, əlbəttə ki, bir mərhələdir, bəlkə də biz bunu uyğun şəkildə qeyd etməli olacağıq. Təkcə onu qeyd etmək kifayətdir ki, bütün pandemiya problemlərinə və məhdudiyyətlərə baxmayaraq, bu ilin doqquz ayında ticarətimizin həcmi 11 faiz artıb. Bu da yaxşı göstəricidir”.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO