Azərbaycanda nə qədər alternativ enerji istehsal edilib? – RƏSMİ 

Hazırda oxunan: Azərbaycanda nə qədər alternativ enerji istehsal edilib? – RƏSMİ 

47808

2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 21 milyard  245,7 milyon kVt-saat elektrik enerjisi istehsal edilib.

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz çoxdur.

İstehsal olunmuş enerjidən istilik elektrik stansiyalarının istehsalı 19 milyard 387,6 milyon kVt-saat, su elektrik stansiyalarının istehsalı 1 milyard 81,5 milyon kVt-saat olub.

Küləklə işləyən elektrik stansiyaların istehsalının həcmi 75,6 milyon  kVt-saat, günəş enerjisi ilə işləyən elektrik stansiyaların istehsalı 47,7 milyon kVt-saat olub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə günəş enerjisi ilə işləyən elektrik stansiyaların istehsalı 15,8 faiz artıb, küləklə işləyən elektrik stansiyaların istehsalının həcmi isə 6,3 faiz azalıb.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO