İqtisadiyyata kim nə qədər kredit ayırıb? – Mərkəzi Bank açıqladı

Hazırda oxunan: İqtisadiyyata kim nə qədər kredit ayırıb? – Mərkəzi Bank açıqladı

47755

2021-ci ilin oktyabrın sonuna olan müddətdə Azərbaycan iqtisadiyyatına 16 milyard 415,9 milyon manat məbləğində kredit qoyulub.

Bizim.Media Mərkəzi Bankın statistik bülleteninə istinadən bildirir ki, onun 3 milyard 151,4 milyonu dövlət bankları tərəfindən ayrılıb ki, bu, ümumi kredit qoyuluşunun 19,2 faizini təşkil edib.
 

İqtisadiyyata kredit qoyuluşunun 78,3 faizi isə özəl bankların payına düşüb. Bu məbləğ 12 milyard 845.9 milyon manat təşkil edib.


O cümlədən xarici kapitallı bankların kreditlərinin həcmi 3 milyard 783.8 milyon manat olub.

Qeyri bank olan kredit təşkilatlarının iqtisadiyyata kredit qoyluşlarının həcmi 418,6 milyon manat olub. Bu isə ümumi kredit qoyluşunun  cəmi 2,5 faizini təşkil eib.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO