Naxçıvanın Ümumi Daxili Məhsulu 1,3% artıb

Hazırda oxunan: Naxçıvanın Ümumi Daxili Məhsulu 1,3% artıb

47747

Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında Ümumi Daxili Məhsulun (ÜDM) həcmi 2020-ci ilin eyni dövrünə nisbətən (müqayisəli qiymətlər üzrə) 1,3% artaraq 2,355,8 mln. manat təşkil edib.

Naxçıvan Dövlət Statistika Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, cari ilin ilk 10 ayında Naxçıvan əhalisinin hər nəfərinə düşən ÜDM-in həcmi 2020-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 2,4% artaraq 5 097 manat təşkil edib.

Muxtar Respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur.

Belə ki, cari ilin yanvar-oktyabr aylarında sənaye üzrə 922,29 mln. manat dəyərində məhsul istehsal edilib ki, bu da ötən ilin eyni göstəricini (müqayisəli qiymətlər üzrə) 1,4% üstələyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO