Vahid Ələkbərov: “Neftə uzun müddət tələbat olacaq”

Hazırda oxunan: Vahid Ələkbərov: “Neftə uzun müddət tələbat olacaq”

47642

Rusiyanın LUKOIL şirkətinin rəhbəri, azərbaycanlı iş adamı Vahid Ələkbərov bildirib ki, şirkət öz fəaliyyətində karbon izini azaltmağa çalışır, lakin eyni zamanda neftə tələbat uzun müddət qalacağından hasilatı artırır. 

Bizim.Media “İnterfaks”a istinadən xəbər verir ki, o, bunu “LUKOIL” şirkətinin 30 illiyi şərəfinə kollektivə və şirkətin fəaliyyət göstərdiyi rayonların sakinlərinə müraciətində deyib.

“30 ildir ki, biz daim inkişaf edirik: biz özümüz üçün neft-kimya və yaşıl nəsil kimi yeni sənayelərdə layihələrə başladıq. Və bu uyğunlaşma bacarığı bizə gələcəyin enerji sektorunda liderliyimizi qoruyub saxlamağa kömək edəcək”, - Ələkbərov bildirib.

Onun sözlərinə görə, şirkət qarşıdakı onilliklər üçün öz missiyasını müəyyən edib: məsuliyyətli karbohidrogen istehsalçısı olmaq prioritetimizdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO