Hərracda bir müəssisə, 50 avtomobil özəlləşdirildi

Hazırda oxunan: Hərracda bir müəssisə, 50 avtomobil özəlləşdirildi

47586

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac keçirilib.

Bizim.Media Xidmətə istinadən bildirir ki, özəlləşən əmlaklardan 1-i kiçik dövlət müəssisəsi, 50-si isə nəqliyyat vasitəsi olub.
 

MÖVZU İLƏ BAĞLI:

Avtomobil almaq istəyənlərə xoş xəbər


Lot şəklində hərraca çıxarılan 21 “Tofaş” markalı nəqliyyat vasitəsinin birgə ilkin start qiyməti 37 900 manat olsa da, rəqabət nəticəsində son hərrac qiyməti 63 400 manata yüksəlib.
 

Rəqabətli olması ilə seçilən daha bir nəqliyyat vasitəsi istehsal ili 2007-ci il olan “Hyundai Sonata” markalı avtomobil olub. 5 şəxsin sifarişçi kimi təklif verdiyi hərracda bu nəqliyyat vasitəsinin ilkin start qiyməti 7 000 manat olmasına baxmayaraq, 10 300 manata sahibini tapıb.


Özəlləşən kiçik dövlət müəssisəsi isə Şəki rayonunda yerləşən “Əmlak kompleksi”dir. Əmlakın ümumi faydalı sahəsi 2889 kv.m, torpaq sahəsi isə 91 750 kv.m təşkil edir.

23 noyabr hərracında özəlləşdirilmiş əmlaklardan 394 155 manat vəsaitin dövlət büdcəsinə daxil olması nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO