Deputat pensiyası kəsilən vətənadaşların sayını açıqladı – RƏQƏM

Deputat pensiyası kəsilən vətənadaşların sayını açıqladı – RƏQƏM

Hazırda oxunan: Deputat pensiyası kəsilən vətənadaşların sayını açıqladı – RƏQƏM

46299

“Mənə vətəndaşlar pensiyalarının kəsilməsi ilə bağlı yüzlərlə sual ünvanlayıb. 2018-ci ilin əvvəlindən 2021-ci ilin uyuluna qədər 211 min 151 nəfərin pensiyası kəsilib. İndi bu rəqəm daha böyükdür.

Nə qədər bərpa olunub bilmirəm. Gördüyümüz odur ki, əsasən 200-300 manata qədər alanların pensiyası kəsilib.

Bəs, görəsən, yüksəkməbləğli pensiya alanlar içərisində bu rəqəm nə qədərdir?
 

Elə adam var aylıq 1000, 2000, 5000, 10000 azn alır. Təbii ki, mən onların pensiyasının kəsilməsini tələb etmirəm, rəqəmi bilmək istəyirəm ki, bu yalnız kiçik məbləğ alanlara tətbiq edilib, yoxsa bərabər olaraq hər kəsə.


Bilmək istəyirəm ki, pensiyası kəsilənlərə alternativ iş, qazanc yeri təklif edilirmi, yoxsa elə taleyin ümidinə buraxılır? Onlara mütləq alternativ iş və qazanc yeri təklif etmək lazımdır.”.

Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin "2022-ci ilin dövlət büdcəsi haqqında" qanun layihəsi və büdcəyə daxil olan digər məsələlərə həsr olunmuş plenar iclasında millət vəkili Razi Nurullayev bildirib.

Deputat həmçinin qeyd edib ki, ölkəmizin iş adamları üçün əlverişli şərait yoxdur.
 

“Azərbaycanda biznes qurmaq, biznes açmaq, möhür almaq, hesab açmaq çox asandır, amma dayaqsız, arxasız pul qazanmaq mümkün deyil. Zənnimcə, həm vergi, həm gömrük yükü çox ağırdır.


Deyilə bilər ki, Avropada vergi və gömrük yükü bizdən də çoxdur. Doğrudur. Axı, biz Avropa deyilik, bizdə Avropada olan şəffafllq, açıqlıq və aydınlıq yoxdur. Bu nəzərə alınmalıdır və iş adamlarına şərait yaradılmalıdır ki, onlar işləyib yeni iş yerləri yaratsınlar”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO