Azərbaycanın qeyri-neft ixracı 2,2 milyarddan çox olacaq - PROQNOZ

Azərbaycanın qeyri-neft ixracı 2,2 milyarddan çox olacaq - PROQNOZ

Hazırda oxunan: Azərbaycanın qeyri-neft ixracı 2,2 milyarddan çox olacaq - PROQNOZ

46056

2021-ci ilin yekunlarına əsasən Azərbaycanın qeyri-neft ixracı 2,2 milyard manatdan çox olacaq.

Bizim.Media-nın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda 25-ci Beynəlxalq Biznes Forumu (IBF) zamanı deyib.

Nazir bildirib ki, qeyri-neft sektoru Azərbaycan iqtisadiyyatının əsas drayveridir.

Onun sözlərinə görə, bu ilin ilk doqquz ayı ərzində Azərbaycanın ümumi daxili məhsulunun artımı 6,2 faiz təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çoxdur.

"Azərbaycan iqtisadiyyatının inkişafına qeyri-neft sektoru və bu sahə üzrə ixrac kömək göstərir. Sənaye sektorunda bu ilin ilk 9 ayı ərzində istehsal 14,2 faiz artıb. Biz əminik ki, bu forumda Azərbaycanın sənaye sektoru yeni iştirakçılar cəlb edəcək və biz bu göstəriciləri daha da artıracağıq. Bu ilin ilk 9 ayı ərzində sənaye zonalarında istehsal olunmuş məhsulların ixracı 320,5 milyon manatı üstələyib", - deyə nazir bildirib.
 

Qeyd edək ki, bu gün Bakıda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təşkilatçılığı ilə 25-ci Beynəlxalq Biznes Forumu (IBF- International Business Forum) işə başlayıb.


Tədbirdə bir sıra ölkələrdən iş adamları və dövlət xadimləri iştirak edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO