Bu il vergi daxilolmaları üzrə proqnoza neçə faiz əməl edilib? - RƏSMİ

Bu il vergi daxilolmaları üzrə proqnoza neçə faiz əməl edilib? - RƏSMİ

Hazırda oxunan: Bu il vergi daxilolmaları üzrə proqnoza neçə faiz əməl edilib? - RƏSMİ

45840

Cari ilin yanvar-oktyabr ayları ərzində dövriyyələrin şəffaflaşdırılması istiqamətində aparılan işlər, vergi inzibatçılığının daha da təkmilləşdirilməsi, iqtisadiyyatın ayrı-ayrı sektorlarında müşahidə edilən bərpa templəri vergi və sosial sığorta daxilolmalarının artımına səbəb olub.

Dövlət Vergi Xidmətindən Bizim.Media-ya verilən məlumata əsasən, həmin dövr ərzində Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 7 milyard 362,4 milyon manat vergi daxil olub, proqnoza 122,4 faiz əməl edilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 15,8 faiz və ya 1 milyard manatdan çox artıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO