Oktyabrda “Bir Pəncərə” vasitəsilə ixracın dəyəri açıqlandı

Oktyabrda “Bir Pəncərə” vasitəsilə ixracın dəyəri açıqlandı

Hazırda oxunan: Oktyabrda “Bir Pəncərə” vasitəsilə ixracın dəyəri açıqlandı

43899

Cari ilin oktyabr ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 23,3 milyon ABŞ dolları olub.

Bizim.Media İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın oktyabr sayına istinadla bildirir ki, 2017-ci ildən 2021-ci ilin noyabr ayına qədər “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixrac edilən mal və məhsulların dəyəri 665 milyon ABŞ dolları təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar-oktyabr ayları ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 191,7 milyon ABŞ dolları olub. Bu ötən ilin müvafiq dövrü ilə nisbətdə 43,1 milyon dollar çoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO