Azərbaycanda neçə nəfər pensiya alır? + MƏBLƏĞ

Azərbaycanda neçə nəfər pensiya alır? + MƏBLƏĞ

Hazırda oxunan: Azərbaycanda neçə nəfər pensiya alır? + MƏBLƏĞ

43609

Azərbaycanda 1 milyon 205 min 346 nəfər pensiyaçı var.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “2021-ci ilin ilk 9 ayı: İqtisadi Artımın bərpası və Post Konflikt Quruculuğu” adlı hesabatında yer alıb.

Hesabata görə, 709,9 min nəfər yaşa, 352,9 min nəfər əlilliyə, 142,6 min nəfər ailə başçısını itirdiyinə görə pensiya alır.

2021-ci ilin 9 ayında bütün növ pensiyaların orta aylıq məbləği 329 manat, yaşa görə pensiya üzrə orta aylıq məbləğ isə 358 manat olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bütün növ orta aylıq pensiyalarda 10 faiz,  yaşa görə orta aylıq pensiyalarda isə 8,8 faiz artım olub.

Xatirə, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO