Tikinti materiallarının istehsalı 72 faiz artıb

Hazırda oxunan: Tikinti materiallarının istehsalı 72 faiz artıb

43475

2021-ci ilin 9 ayında Azərbaycanda tikinti materiallarının istehsalının ümumi dəyəri 625,4 milyon manat olub.

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 72,2 faiz artım deməkdir. 

Betondan yığma tikinti konstruksiyaların istehsalı 2,1 dəfə, emal edilmiş mərmər travertin, alebastr və onlardan məmulatların istehsalı 58,1 faiz, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 53,1 faiz, tikinti gipsinin istehsalı 46,9 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 36,4 faiz, tikinti kərpicinin istehsalı 22,8 faiz, tikinti əhənginin istehsalı 9,1 faiz artıb. Asfaltın istehsalı isə 15,6 faiz azalıb.

Xatirə, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO