Azərbaycanda yaşayış minimumu artırılır - MƏBLƏĞ 

Hazırda oxunan: Azərbaycanda yaşayış minimumu artırılır - MƏBLƏĞ 

43460

Azərbaycanda 2022-ci il üçün yaşayış minimumunun ölkə üzrə məbləği artırılır. 

Bizim.Media-nın məlumatına görə, bununla bağlı məsələ “2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb. 

Qanun layihəsinə əsasən, 2022-ci ildə ölkə üzrə yaşayış minimumunun məbləğinin 205 manat müəyyən edilməsi nəzərdə tutulur. 

Qanun layihəsi Milli Məclisə daxil olub və növbəti iclaslarda müzakirəyə çıxarılması nəzərdə tutulur. 

Qeyd edək ki, 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə məbləği 196 manat manat olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO