Azərbaycanlı iş adamının şirkətinin səhmlərinin qiyməti xeyli artdı

Hazırda oxunan: Azərbaycanlı iş adamının şirkətinin səhmlərinin qiyməti xeyli artdı

43342

Azərbaycanlı iş adamı Vahid Ələkbərovun sahib olduğu Rusiyanın aparıcı neft şirkəti - “Lukoil”un səhmlərinin qiyməti ilk dəfə 7 500 rublu (təxminən 108 ABŞ dolları) keçib.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Moskva Fond Birjasında ticarətin gedişatında səhmlərin qiyməti 7 517 rubla çatıb.

Qiymətli kağızların bahalaşması dünya bazarında neftin qiymətinin artması fonunda baş verir.

Əmtəə birjalarında gələn ilin yanvar ayında çatdırılmaq şərtilə “Brent” markalı "qara qızıl"ın fyuçers qiymətləri 85 dollar/barel üzərində qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO