Azərbaycanla Sinqapur arasında əməkdaşlıq müqaviləsi İMZALANDI

Hazırda oxunan: Azərbaycanla Sinqapur arasında əməkdaşlıq müqaviləsi İMZALANDI

42870

Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) Sinqapurun “Infinite Orbits PTE Ltd” şirkəti ilə peyk xidmətlərinin göstərilməsinə dair strateji əməkdaşlıq müqaviləsi imzalayıb.

“Azərkosmos”dan Bizim.Media-ya verilən məlumata görə, müqaviləni Agentliyin İdarə heyətinin sədri Saməddin Əsədov və “Infinite Orbits” şirkətinin baş direktoru Adel Haddoud imzalayıblar.

Müqaviləyə əsasən, tərəflər Azərbaycanda kosmik sənayenin genişləndirilməsi üçün peyklərin istehsalı və istismarını birgə inkişaf etdirəcəklər.

Bu əməkdaşlıq strateji biznes və əməliyyatlarda uzunmüddətli tərəfdaşlığın başlanğıcını və daim dəyişən biznes ehtiyaclarına və tələblərinə cavab verən yüksək keyfiyyətli, ucuz qiymətə peyklər istehsal etmək üçün istehsal proseslərinin inkişafını nəzərdə tutur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO