Kəlbəcərə dəmir yolu xətti çəkiləcək – LAYİHƏ HAZIRDIR 

Hazırda oxunan: Kəlbəcərə dəmir yolu xətti çəkiləcək – LAYİHƏ HAZIRDIR 

42591

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Bərdə-Ağdam, Horadiz-Ağbənd dəmir yolu xətlərinin yenidən qurulması və Füzuli-Şuşa yeni dəmir yolu xəttinin inşası işlərini davam etdirir.  

Bizim.Media xəbər verir ki, bu barədə ADY-dən məlumat verilib. 

Bildirilib ki, icrasına başlanılan layihələrlə yanaşı, ADY-nin mütəxəssisləri tərəfindən azad edilmiş ərazilərdə dəmir yolu xətlərinin inşası üçün yeni istiqamətlər araşdırılır.  
 

MÖVZU İLƏ BAĞLI:

Füzuli-Şuşa istiqamətində dəmir yolu inşa ediləcək – İLK DƏFƏ 


Belə istiqamətlərdən biri də Dəliməmmədli-Kəlbəcər dəmir yolu xəttidir.  

Dəmir yolu xəttinin ilkin konseptual layihəsi hazırlanıb. Ox üzrə uzunluğu 88,8 kilometrə bərabər bu  birxətli dəmir yolu xətti üzrə 220-ə yaxın süni mühəndis qurğusunun layihələndirilməsi və tikintisi təklif edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO