Aqroparklara nə qədər özəl investisiya ayrılıb? – Mikayıl Cabbarov məbləği açıqladı

Aqroparklara nə qədər özəl investisiya ayrılıb? – Mikayıl Cabbarov məbləği açıqladı

Hazırda oxunan: Aqroparklara nə qədər özəl investisiya ayrılıb? – Mikayıl Cabbarov məbləği açıqladı

39644

Azərbaycanda 32 rayonu üzrə 240 min hektar ərazidə ümumi dəyəri 2,1 mlrd. manat olan 51 aqroparkın yaradılması üzrə işlər davam etdirilir. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Aqroparkların kənd təsərrüfatının inkişafındakı rolu” mövzusunda keçirilən tədbirdə çıxış edərkən deyib. 

Onun sözlərinə görə, artıq 43 aqropark fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə işləri aparılır.  

Nazir əlavə edib ki, aqroparkların təşkilinə dövlət dəstəyi göstərilir, infrastruktur təminatı yaradılır, güzəştli kreditlər verilir:  

"Belə ki, 23 aqroparkın yaradılmasına indiyədək İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 173 mln. manat güzəştli kredit, Nazirlik tərəfindən 27 aqroparka isə 1 mlrd. manat dəyərində investisiya təşviqi sənədi verilib. İnvestisiya təşviqi sənədi alan 25 aqroparka texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə bir çox təsdiqedici sənədlər verilib və bu təsdiqedici sənədlər üzrə həmin aqroparklar 32,8 mln. manat dəyərində güzəşt əldə ediblər. Bu günədək aqroparklara 1 mlrd. manatdan çox özəl investisiya qoyulub". 

İndiyədək aqroparklarda ümumi olaraq 5 000-dək insan daimi, 4 500-dən çox insan isə mövsümü işlə təmin olunub. Fəaliyyətdə olan və təşkil ediləcək aqroparklarda əlavə 4 300-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO