Ərzaq kimi ölkəyə ən çox nə gətirilir? - SİYAHI 

Hazırda oxunan: Ərzaq kimi ölkəyə ən çox nə gətirilir? - SİYAHI 

39111

2021-ci ilin yanvar-avqust aylarında xarici ölkələrdən Azərbaycana 1 milyard 144 milyon 889 min dollar dəyərində yeyinti məhsulları idxal olunub.

Bizim.Media Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxal olunan yeyinti məhsullarının statistik dəyərinə görə ilk yeri bitki və heyvan mənşəli piylər və yağlar tutub.

2021-ci ilin ilk 8 ayında ölkəmizə 101 min 988 ton bu cür yağ və piy gətirilib. Onun dəyəri isə 140 milyon 674 min dollara bərabər olub.

İdxal olunan yeyinti məhsulları arasında ikinci yeri meyvə-tərəvəz məhsulları tutub.

Yanvar-avqust aylarında müxtəlif ölkələrdən Azərbaycana 234 min 223 ton meyvə və tərəvəz gətirilib ki, bunun dəyəri 136 milyon 494 min dollara bərabər olub. 

Meyvə-tərəvəzdən sonra ən çox pul buğda idxalı üçün ödənilib. 8 ayda Azərbaycana gətirilən 480 min 960 ton buğda üçün 122 milyon 246 min ABŞ dolları xərclənib.

Xatirə, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO