Glensol şirkəti neft sənayesində ehtiyat hissələrinin istehsalına başladı

Hazırda oxunan: Glensol şirkəti neft sənayesində ehtiyat hissələrinin istehsalına başladı

39108

Əsas tənzimləyici orqanlar tərəfindən aparılmış hərtərəfli akkreditasiya və sertifikasiyadan sonra Glensol şirkəti Azərbaycanda neftçıxarma sənayesində strateji ehtiyat hissələrinin yerli istehsalçısı kimi də fəaliyyət göstərəcək.

Bu əhəmiyyətli nailiyyət əsas fəaliyyətini hərtərəfli mühəndis-layihələndirmə həlləri üzərində cəmləşdirən Rusiyanın ağır sənaye nəhəngi RUMO şirkəti ilə razılaşma nəticəsində əldə edilib.

Glensol şirkəti bu vaxta qədər Azərbaycanda neft-qaz yataqlarında əməliyyatlar həyata keçirərək avadanlıqlara texniki xidmətlər göstərməklə məşğul olub. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan neftinin qiyməti 81 dollara YAXINLAŞIR 


Lisenziya sazişinin bir hissəsi olaraq Glensol şirkəti 10 QKN, 10 QKNAM, 10 QKNA porşenli qaz kompressorlarını və kompleks mühərrik-kompressoru yığacaq və kompressorlara aid müxtəlif ehtiyat hissələrini istehsal edəcək.

Şirkət bu işləri Azərbaycanda yerləşən, istismar öncəsi geniş çeşidli sınaqlar aparmaq üçün nəzərdə tutulan laboratoriyalar ilə təchiz edilmiş, müasir tələblərə cavab verən öz kompleks emalatxanasında görəcək.

Glensolun müştəriləri üçün bu işləri həyata keçirməklə onlara daha çevik və səmərəli təchizat və loqistika xərclərini minumuma endirmək imkanı yaradacaq.  

Müştərilər üçün yerli istehsalçı ilə işləmək həm də o deməkdir ki, Glensol şirkəti ilə bilavasitə qurulan təmas sayəsində müştərilər mümkün problemlər haqqında həmin çətinliklər meydana gəldikdə dərhal məlumatlandırılacaq və problemlərin aradan qaldırılması üçün tez bir zamanda həll yolları tapacaqlar.

Bu da hasilat sürətini yuxarı templə aparmağa və məhsulun bütün keyfiyyət standartlarına cavab verməsini təmin etməyə kömək edəcək.
 

Glensol şirkəti bu uğura nail olmaq üçün ötən 10 il ərzində özünün fiziki aktivlərinə və əməkdaşlarının peşəkarlığının artırılmasına davamlı şəkildə investisiya yatırıb. Əldə olunan keyfiyyət isə həm yerli, həm də beynəlxalq alıcılar tərəfindən təqdir olunub. 


Şirkət artıq özünün keyfiyyətin idarə edilməsi sistemini işləyib hazırlayıb, təkmilləşdirib, göstərdiyi xidmətlərin, bütün qurğu və avadanlıqların əsas normativ sənədlərin tələblərinə uyğun olmasını təmin edib. 

Glensol şirkətinin baş direktoru Tamerlan Əliyev bildirib ki, əldə edilən bu nailiyyət, infrastruktur, potensial və bacarığımızın inkişafı əsasında Glensol şirkətinin gördüyü işləri daim təkmilləşdirməsi nəticəsində mümkün olub:
 

“Bu, həm Glensol şirkətinin yerli və beynəlxalq müştərilərinə yüksək keyfiyyətli xidmət və məhsulları təqdim etmək üzrə təsdiqlənmiş bacarıq və potensialının, həm də Azərbaycanda yerli şirkətlərin inkişafına dəstək vermək üçün şirkətin daima göstərdiyi səylərinin nəticəsidir”.


Xatırladaq ki, 2012-ci ildə yaradılmış Glensol şirkəti Nobel Oil Services şirkətinin neft-mədən işləri həyata keçirən və avadanlıqlara texniki xidmət göstərən törəmə müəssisəsidir.

Şirkət hərtərəfli klapan, üst ötürücü sistemi (top drive), nasos, elektrik mühərriki və generatorlara xidmətlər daxil olmaqla geniş çeşidli xidmətlər göstərən, regionda yeganə “vahid pəncərə” prinsipi ilə işləyən kompleks emalatxanadan yararlanmağı təklif edir və yerli və beynəlxalq neft-qaz şirkətlərini fırlanan avadanlıqlarına, o cümlədən turbokompressor avadanlıqlarına xidmətlərin göstərilməsi, nəzarət vasitələri, istismar və texniki qulluq üzrə xidmətləri ilə təmin edən etibarlı təchizatçıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin