Qlobal reytinq cədvəlində Azərbaycanın mövqeyi yüksəldi

Hazırda oxunan: Qlobal reytinq cədvəlində Azərbaycanın mövqeyi yüksəldi

37945

Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (WIPO) 2021-ci il üçün qlobal innovasiyalar reytinqi tərtib edib.

Bizim.Media xəbər verir ki, reytinqdə Azərbaycanın mövqeyi iki pillə irəliləyərək 80-cı yerə yüksəlib. 

Təşkilatdan bildirilir ki, COVID-19 pandemiyasının mövcud olmasına və pandemiyanın həyat tərzinə təsirlərinə baxmayaraq, bir çox ölkələrdə rəqəmsallaşma, texnologiya və innovasiyalar sahəsində diqqətəlayiq müqavimət göstərilib.

Reytinqin ilk beşliyinə yer tutan ölkələrin siyahısı belədir: İsveçrə, İsveç, ABŞ, Böyük Britaniya, Cənubi Koreya Respublikası.

Qeyd edək ki, reytinq cədvəlində 132 ölkə yer alıb. 

Xatirə, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO