3-5 il sonra “Dostluq” yatağından hasilat başlaya bilər

Hazırda oxunan: 3-5 il sonra “Dostluq” yatağından hasilat başlaya bilər

36962

Azərbaycan və Türkmənistan arasında yekun razılaşma əldə olunduqdan 3-5 il sonra “Dostluq” yatağında hasilat başlaya bilər.

Bizim.Media xəbər verir ki, bu barədə SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov ICIS-ə (Independent Commodity Inteligence Services) müsahibəsində deyib.

Qeyd edək ki, Azərbaycan və Türkmənistanın dəniz sərhədində yerləşən “Dostluq” neft və qaz kondensatı yatağı 1986-cı ildə Azərbaycan neftçiləri tərəfindən kəşf edilib.

2021-ci ilin yanvarın 21-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin