Azərbaycana xarici investisiyalar 12 %-dən çox azalıb

Hazırda oxunan: Azərbaycana xarici investisiyalar 12 %-dən çox azalıb

36942

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 2 milyard 924,4 milyon manat vəsait yönəldilib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 % azdır.
 

MÖVZU İLƏ BAĞLI:

Türk İnvestisiya Fondu yaradılır – SAZİŞ İMZALANACAQ


Bu ilin ilk 8 ayında xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 2 milyard 732 milyon manatı (93,4 %-i) Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Yaponiya, İsveçrə, Norveç, Virgin adaları, Malayziya, Fransa, Rusiya və İran sərmayədarlarına məxsus olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin