ƏDV-nin 10 faizinə “göz dikənlər” – Fiksal kodu ələ keçirənləri hansı cəza gözləyir?

Hazırda oxunan: ƏDV-nin 10 faizinə “göz dikənlər” – Fiksal kodu ələ keçirənləri hansı cəza gözləyir?

31141

Azərbaycanda ötən ildən Vergi Məcəlləsinə uyğun olaraq, ticarət və iaşə obyektlərində “ƏDV-ni geri al” sistemi tətbiq edilsə də, bütün obyektlərdə buna əməl edilmir.

Bəzi ticarət məkanları, xüsusilə bölgələrdə yerləşən ticarət və iaşə obyektləri qanunvericiliyin tələbinə məhəl qoymur, bəzi hallarda vətəndaşlara verilən qəbzlərdə fiksal kodlar olmur.

Halbuki, bu sistem həm “kölgə iqtisadiyyatı”ndan qurtulmaq üçün dövlətin, həm də vətəndaşların mənafeyinə xidmət edir.
 

MÖVZU İLƏ BAĞLI:

“ƏDV geri al” nağdsız ödənişlərə marağı nə qədər artırıb? – HƏCM


İqtisadçı alim Fuad İbrahimov Bizim.Media-ya açıqlamasında bildirib ki, “ƏDV geri al”-ın əhatə etdiyi fəaliyyət növləri qanunvericilikdə öz əksini tapıb: 

“Bunun üçün ticarət və iaşə obyektlərinin müvafiq post terminalları olmalıdır. Hesab edirəm ki, Vergilər Xidməti bunu bütün müəssisələrə tətbiq edib. Yayınmaq sözsüz ki, cinayət tərkibli məsələdir. Vergi Xidmətlərinin isintaq idarələri var və bu faktları araşdırıb, qanunu pozanları məsuliyyətə cəlb edə bilərlər”.

Fiksal kodlarsız çeklərin verilməsi faktlarını dələduzluq adlandıran iqtisadçı bildirib ki, adətən bu kiçik mağazalarda müşahidə olunur: 

“Parfümeriya dükanlarından birində də yaxın vaxtlarda belə bir problem ortaya çıxmışdı - vətəndaşa fiksal kodu olan çek vermişdilər, amma həmin kodun şəklini çəkərək, vəsaiti öz hesablarına yükləmişdilər. İstənilən vətəndaş bu cür hallarla bağlı Vergilər Xidmətinin qaynar xəttinə müraciət etməklə həmin şəxslərin məsuliyyətə cəlb olunmasına nail ola bilər”.

Fuad İbrahimov bildirib ki, ticarət sektorunda bəzi fəaliyyət növləri var ki, onlarda ƏDV-nin geri qaytarılması nəzərdə tutulmur: 

“Bu aviaşirkətlərin bilet satışına və yanacaqdoldurma məntəqələrinə aiddir, burada ƏDV-nin geri qaytarılması nəzərdə tutulmur”.

Xatirə Nəsirli, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO