\"Çin şirkətləri ilə əməkdaşlığın qurulmasında maraqlıyıq\" - Rəşad Nəbiyev

Hazırda oxunan: \"Çin şirkətləri ilə əməkdaşlığın qurulmasında maraqlıyıq\" - Rəşad Nəbiyev

30401

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Qo Minlə görüşüb.

Bizim.Media xəbər verir ki, nazir bu barədə "Facebook" hesabında yazıb.

Rəşad Nəbiyev bildirib ki, görüşdə Azərbaycandan keçən nəqliyyat dəhlizlərinin cəlbediciliyinin, tranzit marşrutu üzrə hərəkət edən Çin-Avropa yük ekspressinin effektivliyinin artırılması, eləcə də nəqliyyat sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi məsələləri müzakirə edilib.

"Çin şirkətlərinin süni intellekt və böyük məlumatlar (big data) texnologiyaları sahəsindəki təcrübəsinin öyrənilməsi və həmin şirkətlərlə əməkdaşlığın qurulmasında maraqlıyıq",- deyə nazir qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO