“Ərimi Nigar Camala qısqanmıram”

“Ərimi Nigar Camala qısqanmıram”

Hazırda oxunan: “Ərimi Nigar Camala qısqanmıram”

270527

"Nigar Camal çox gözəl xanım və pozitiv insandır. Səhnədə gördükləriniz bir şoudur”.

Bizim.Media xəbər veri ki, bu sözləri müğənni Samir Piriyevin həyat yoldaşı Anara Fətəliyeva sosial şəbəkədə paylaşıb. 

O, yazılan şərhlərə cavab olaraq həyat yoldaşını müğənni Nigar Camala qısqanmadığını açıqlayıb:

“İki həmkarın səhnədə Tanrı tərəfindən birləşən enerjisidir. Burada qısqanılası heç bir şey yoxdur. Hər kəsin öz baxış bucağı var. Səhnə ilə həyatı qarışdırmayın.
 

Heç kimin ağlına belə gəlməzdi ki, bu mahnı Nigar Camalın əyninə bu qədər oturacaq. Təsadüfi heç nə yoxdur. Demək, “Matanı” mahnısı çıxmalı idi və Matanı Nigar Camal olmalı idi. Tanrı bu səhnəni belə yazıbsa, bizə də alqışlamaq düşər”.


Qeyd edək ki, Avroviziya qalibi Nigarın “Afaqla 10lar” verilişində Samir Piriyevin “Matanı” ifasına rəqs etdiyi anlar sosial şəbəkələrdə viral olmuşdu. (musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO