Əhalinin NƏZƏRİNƏ – Banklar bu hallarda dolları dəyişməkdən imtina edə bilər

Əhalinin NƏZƏRİNƏ – Banklar bu hallarda dolları dəyişməkdən imtina edə bilər

Hazırda oxunan: Əhalinin NƏZƏRİNƏ – Banklar bu hallarda dolları dəyişməkdən imtina edə bilər

270066

Bir zamanlar banklar 20-25 il əvvəllər çap olunmuş dollarları qəbul etmirdi. İndi isə başqa bir məsələ gündəmə gəlib. Banklar əhalidən zədələnmiş və üstü yazılmış dollar və digər xarici valyutaları qəbul etməkdən boyun qaçırırlar. Bu da müəyyən suallar doğurur.

Banklar zədələnmiş xarici valyutanı götürmək məcburiyyətindədirmi?

Suala hüquqşünas Əkrəm Həsənov aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, bankların zədələnmiş Azərbaycanın milli valyutasından başqa digər valyutaların qəbulu üzrə hər hansı bir öhdəliyi yoxdur:
 

MÖVZU İLƏ BAĞLI:

Dollara tələbat KƏSKİN AZALDI – Manatın məzənnəsi ilə bağlı KRİTİK PROQNOZ


“Bank dolları qəbul etməyə, dəyişməyə bilər. Bunun üçün səbəb göstərməyə də bilər. Üstü yazılmış, zədələnmiş manatın banklar tərəfindən qəbul edilməsi tələbi var. Bunun üçün qanunla müəyyən edilmiş çərçivələr mövcuddur. Bu məsələdə fikir aydındır və tələb də haqlıdır.

Çünki hər hansı bir bank zədələnmiş manatı Mərkəzi Banka təhvil verib yenisini ala bilər.

Amma zədələnmiş dolları bank harada yeniləyə bilər? Bir dənə 50 dollar üçün ABŞ-ın FED-inə kim gedib çıxmalıdır ki, “bunu dəyişin”?! Ona görə də bankların zədələnmiş dolları və digər xarici valyutaları almamaq hüququ var. Çünki zədələnmiş xarici valyutanı bank heç kimə sata bilməyəcək”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO