Daha 11 müəssisənin Rusiyaya pomidor ixracına icazə verildi

Hazırda oxunan: Daha 11 müəssisənin Rusiyaya pomidor ixracına icazə verildi

26861

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor”) iyulun 1-dən etibarən Azərbaycanın daha 11 müəssisəsinə Rusiyaya pomidor tədarük etməyə icazə verib.

Bizim.Media xəbər vrir ki, bu barədə "Rosselxoznadzor" məlumat yayıb.

Qeyd edilib ki, qərar birgə video-müayinələr zamanı seçilən məhsul nümunələrinin karantin fitosanitar ekspertizasının nəticələrindən sonra, həmçinin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) zəmanəti ilə verilib.

Beləliklə, bu günə qədər ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 152 pomidor istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO