Səssiz ARTIM - Taksilərdə gedişhaqqının qaldırılması ilə bağlı MÜHÜM AÇIQLAMA

Səssiz ARTIM - Taksilərdə gedişhaqqının qaldırılması ilə bağlı MÜHÜM AÇIQLAMA

Hazırda oxunan: Səssiz ARTIM - Taksilərdə gedişhaqqının qaldırılması ilə bağlı MÜHÜM AÇIQLAMA

268152

Azərbaycanda taksidən istifadəyə görə qiymətlər artıb. Məlumata görə, bir ay öncə eyni saatda eyni məsafəyə görə indi daha artıq gedişhaqqı qeyd edilir. Gedişhaqlarında ən azı 1 və ya 1,50 AZN artım olduğu iddia edilir.

Azərbaycanda fəaliyyət göstərən taksi şirkətlərinin açıqlamalarına görə, minimum gedişhaqlarında dəyişiklik edilməyib. Müəyyən artımlar tələb və təklif balansının pozulması ilə əlaqədardır.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, son zamanlar taksilərlə bağlı alınan qərarlar qiymət artımına gətirib çıxarmalı idi:

“Taksi xidməti olaraq bölgəmizdə ən ucuz taksi xidməti bəlkə də Azərbaycanda idi. Sadəcə, dövlət və hökumət avtomobilərin texniki vəiyyəti, sürücülər və lisenziyalaşma ilə bağlı məhdudlaşdırıcı qərarlar aldı.

Bütün bunlar minlərlə avtomobilin bazardan çıxmasına səbəb oldu, yəni rəqabət azaldı.
 

Bu gün Azərbaycanda taksi xidməti göstərən avtomobillərin sayı azaldıqca, məhdudlaşdırıcı qanunlar, xərclər artdıqca təbii ki, taksi xidmətinin də qiyməti artmağa başladı. Yəni bu, gözlənilən bir hal idi”.


Xatırladaq ki, 2023-cü ildə “Uber”, “Bolt” və “Yango” taksi şirkətlərində yaxın məsafələrə gedişlər üçün minimal məbləğ 1,60-dan 2,50-yə artırılıb. Ötən il də taksi qiymətlərində artım müşahidə olunub.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO