
- A-
- A
- A+
Azərbaycan neftinin qiyməti 67 dolları ötdü
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,47 ABŞ dolları, yaxud 2,24% artaraq 67,13 ABŞ dolları təşkil edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya hərracların nəticələrində yer alıb.
Belə ki, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 65,07 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftin bir barelinin qiyməti 1,52 ABŞ dolları və ya 2,36 % artaraq 65,79 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































