Yeni dövlət rüsumları müəyyənləşir - 150 manat...

Yeni dövlət rüsumları müəyyənləşir - 150 manat...

Hazırda oxunan: Yeni dövlət rüsumları müəyyənləşir - 150 manat...

225088

Yeni dövlət rüsumları müəyyənləşir. 

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu” haqqında qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. 

Layihəyə əsasən, aşağıdakı yeni dövlət rüsumları müəyyənləşir: 

- Rüsumsuz ticarət mağazasının yaradılmasına icazənin verilməsi 100 manat. 

- Su elektrik stansiyaları və bio kütlədən alınan qaz və ya digər yanacaq növü vasitəsilə elektrik və istilik enerjisi istehsal edən elektrik stansiyalarında elektrik enerjisinin istehsalı üzrə 500 kilovatdan, digər hallar üzrə isə 150 kilovatdan çox elektrik enerjisinin istehsalına icazənin verilməsi - 150 manat. 

- Elektrik enerjisinin ötürülməsinə icazənin verilməsi - 150 manat. 

- Elektrik enerjisinin paylanmasına icazənin verilməsi - 150 manat. 

- Elektrik enerjisinin ixrac və idxal edilməsinə icazənin verilməsi 150 manat. 

- Sənaye parkının, sənaye məhəlləsinin və aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi - 70 manat. 

- Texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin verilməsi - 70 manat. 

- Texnoloji biznes inkubatorunun qeydiyyat şəhadətnaməsinin verilməsi - 70 manat."; 

- "İxrac nəzarəti haqqında" qanuna əsasən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazənin verilməsi - 100 manat. 

- İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi - 100 manat. 

- Qazın istehsalına və təbii qazın emalına icazənin verilməsi - 200 manat; 

- Qazın nəqli üçün icazənin verilməsi - 150 manat. 

- Qazın paylanmasına icazənin verilməsi – 50 manat. 

- Yeraltı qaz anbarlarının işlənməsi, tikilməsi və istismarına icazənin verilməsi 150 manat. 

- Sənaye qaz qurğusunun istismarına icazənin verilməsi - 100 manat. 

- Neft və qaz yataqlarının kəşfiyyatına icazənin verilməsi - 150 manat; 

- Neft və qaz yataqlarının işlənməsinə və hasilatına icazənin verilməsi – 150 manat; 

- Neft və neft məhsullarının boru kəmərləri vasitəsilə nəqlinə icazənin verilməsi - 150 manat. 

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO