Gömrük Rusiya maşınlarını dövriyyəyə qaytarır - İdxal qiymətləri necə ŞİŞİR?

Gömrük Rusiya maşınlarını dövriyyəyə qaytarır - İdxal qiymətləri necə ŞİŞİR?

Hazırda oxunan: Gömrük Rusiya maşınlarını dövriyyəyə qaytarır - İdxal qiymətləri necə ŞİŞİR?

22457

Azərbaycanda avtomabil istehsalı mövcud olmasa da, ölkəyə gətirilən maşınların idxal rüsumları çox yüksəkdir. Xatırladaq ki, ölkəmizdə bir neçə müəssisə mövcuddur ki, ekspertlər onları istehsal müəssisələri kimi yox, daha çox ehtiyat hissələrinin yığılma müəssisələri kimi xarakterizə edirlər.  

Bəzən vətəndaşlar gömrük orqanlarında avtomabillərin qiymətindən daha yüksək məbləğlər ödəməli olurlar. Məsələn, 5000 manat dəyərində olan avtomabil üçün 8000 manat gömrük rüsumu alınır ki, bu da ucuz və keyfiyyətsiz maşınların ölkənin avtomabil bazarını zəbt etməsinə şərait yaradır. 
 

MÖVZU İLƏ BAĞLI:

Səfər Mehdiyevdən gömrükdə süni qiymət artımı ilə bağlı AÇIQLAMA


Yüksək qiymətlərlə bağlı ittihamlar Dövlət Gömrük Komitəsinə ünvanlansa da, Komitənin sədri Səfər Mehdiyev onları üzərindən ataraq, ölkəyə gətirilən avtomobillərlə bağlı rüsumların Nazirlər Kabinetinin qərarı ilə tənzimləndiyini əsas gətirməyə çalışır.

Halbuki, bir qədər əvəl məhz Komitənin təklifi əsasında Nazirlər Kabineti idxal rüsumlarına “əl gəzdirmişdi”.

Amma ölkəmizdə avtomabillər üçün yüksək rüsumların ödənilməsi təkcə qərarlarla bağlı deyil və burada “incə məqamlar” da mövcuddur. Belə ki, bir sıra internet resurslarında avtomabilin idxal dəyərinin hesablanması üçün kalkulyatorlar mövcuddur. Amma vətəndaşdan tələb olunan məbləğ kalkulyatorda üzə çıxan məbləğlərdən qat-qat artıq olur... 

İqtisadçı alim, sabiq millət vəkili Nazim Bəydəmirli Bizim.Media-ya açıqlamasında bildirib ki, Gömrük Komitəsi başda olmaqla dövlət orqanları qiymətlərin yüksək olmasını daxili istehsalın qorunması və ekololi vəziyyətin yaxşılaşdırılması ilə izah etsələr də bu əsassızdır: 

“Avtomabillərin idxalına yüksək gömrük tarifləri tətbiq edən ölkələrdə daxili istehsal mövcuddur. Qonşu İran, Türkiyə, Rusiyada da bu hal var. Amma yüksək keyfiyyətli avtomabillər istehsal olunmursa, bu cür tariflərin qoyulmasının əhəmiyyəti olmur. Vətəndaşlar onsuz da daha yaxşı avtomabil almağa üstünlük verirlər. Azərbaycanda isə avtomabil istehsalı yoxdur”.

İqtisadçı alim bildirir ki, Azərbaycanda yüksək gömrük rüsumları olduğuna görə Rusiya istehsalı olan, təhlükəsizlik baxımından müasir standartlara cavab verməyən avtomabillər yenidən dövriyyəyə qayıdıb:

“Təəssüf ki, bu həm əhalinin təhlükəsizliyə təhddidir, həm gəlirlərinə mənfi təsir göstərir, həm də ekoloji baxımdan zərərlidir. Hesab edirəm ki, Dövlət Gömrük Komitəsinin apardığı bu siyasət tamamilə dəyişdirilməlidir”.
 

“İncə məqamlara” -  yəni məhz qərarların diqtə etmədiyi məsələlərə gəlincə, Nazim Bərdəmirli bunun necə baş verdiyini belə izah edib:  “Vətəndaş ucuz avtomabil alırsa belə, Dövlət Gömrük Komitəsi bəyyanamə qiymətini şişirdir. Demək olar ki, bütün vətəndaşlara gətirdikləri avtomabillərin dəyərini yüksək göstərmək üçün təzyiqlər edilir.


Vətəndaşlar məhkəməyə müraciət etsələr də, nəticə əldə etmirlər. Çünki aldıqları qiymətləri sübut edə bilmirlər, gömrük orqanları labaratoriyalara göndərir, süründürməçilik edir, bu isə saxlanc xərclərini artırır”.

Nazim Bəydəmirli bildirir ki, qonşu Gürcüstanda, eləcə də Ermənistanda gömrük rüsumları Azərbaycandan təxminən 3 dəfə ucuzdur: 

“Türkiyədə, Norveçdə dövlət vətəndaşlara faizsiz, uzunmüddətli kreditlər verməklə  köhnə avtomabillər alaraq, dövriyyədən çıxarır”.

Avropa ölkələrində isə azad ticarət sistemi mövcuddur və avtomabillərə hər hansı rüsum tətbiq olunmur: 

“Avropa ölkələrində ikinci əl avtomabillər az istifadə olunur. Bank kreditləri aşağı olduğundan avtomabillərini tez-tez dəyişirlər. Yəni Avropa istehsalçı və istehlakçıları uzlaşdırmağı bacarır.

Digər tərəfdən isə ictimai nəqliyyat o qədər mükəmməl işləyir ki, bizdəki kimi avtomabil hərc-mərcliyi yoxdur”. 

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO