
- A-
- A
- A+
İqtisadiyyat
14:02 / 09.12.2024
Ünvanlı dövlət sosial yardımın təyin olunması ilə bağlı YENİLİK
Hazırda oxunan: Ünvanlı dövlət sosial yardımın təyin olunması ilə bağlı YENİLİK
224418
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Ünvanlı dövlət sosial yardımın təyin olunması proseduru asanlaşdırılır.
Bizim.Media xəbər verir ki, bununla bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, sosial yardımın təyin edilməsi və təyin olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər.
Vurğulanıb ki, bu qərarlarda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim olunmasına bərabər tutulur.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































