Vergi və gömrükdə güzəştlə bağlı “Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi” yaradıldı

Hazırda oxunan: Vergi və gömrükdə güzəştlə bağlı “Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi” yaradıldı

20262

Azərbaycan Respublikası Maliyyə Nazirliyində “Vergi və gömrük sahəsində verilmiş güzəştlərə dair “Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi” yaradılıb. Həmin sistemə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi” və Dövlət Gömrük Komitəsinin “Gömrük Xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi” inteqrasiya olunaraq müvafiq məlumatlara çıxış imkanı təmin edilib.

Maliyyə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, inteqrasiya edilmiş “Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi” Nazirlər Kabinetinin 2020-ci il 8 fevral tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”na uyğun olaraq hazırlanıb.

Yeni sistem vasitəsilə ötürüləcək bəyannamə məlumatları güzəşt tətbiq olunan vergi və gömrük rüsumlarının hər bir növü üzrə qanunvericilik əsası, mülkiyyət, iqtisadi fəaliyyət, neft və qeyri-neft sektoru parametrləri baxımından dövlət büdcəsinə güzəştlərin tətbiqi nəticəsində mədaxil olunmayan vəsaitlərin hesablanmasına, nəticə etibarı ilə faktiki büdcə itkilərinin müəyyən edilməsinə imkan yaradır.

Sözügedən sistem eyni zamanda, ortamüddətli dövr üçün həmin güzəştlərin tətbiqinin dövlət büdcəsinin gəlirlərinə təsirlərinin proqnozlaşdırılmasını da təmin edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO