Azərbaycan və ABŞ arasında maliyyə sektorunda əməkdaşlıq möhkəmləndiriləcək - FOTO

Hazırda oxunan: Azərbaycan və ABŞ arasında maliyyə sektorunda əməkdaşlıq möhkəmləndiriləcək - FOTO

188681

Azərbaycan və ABŞ arasında maliyyə sektorlarında əməkdaşlığın möhkəmləndirilməsi müzakirə edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov "X" hesabında məlumat verib.

"Azərbaycanın bankçılıq missiyasının ABŞ-yə geniş tərkibdə ilk işgüzar səfəri çərçivəsində bir sıra dövlət rəsmiləri ilə görüşlərimiz davam edir. ABŞ-nin Ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi Arun Venkataraman ilə görüşdük. 
Görüşdə ölkələrimiz arasında mövcud olan iqtisadi əlaqələrin daha da genişləndirilməsi, eləcə də maliyyə sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsi imkanlarına dair fikir mübadiləsi apardıq", - deyə T. Kazımov qeyd edib.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO