Azərbaycanın dövlət qurumlarında informasiya təhlükəsizliyi ilə bağlı boşluqlar 47 % ARTIB

Hazırda oxunan: Azərbaycanın dövlət qurumlarında informasiya təhlükəsizliyi ilə bağlı boşluqlar 47 % ARTIB

186712

2024-cü ilin yanvar-mart aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən aparılan audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində dövlət qurumlarının 215 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanaraq, aradan qaldırılması üçün müvafiq bildirişlə dövlət qurumlarına göndərilib.

Bizim.Media xəbər verir ki, bu barədə XRİTDX-nin məlumatında öz əksini tapıb. Belə ki, bu, bir il əvvəlki göstərici ilə müqayisədə 47 % artım deməkdir.

Təkcə mart ayında 76 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da əvvəlki aya nisbətən 7 %, bir il əvvəlki göstərici ilə müqayisədə 62 % çoxdur.
Xatırladaq ki, 2023-cü ildə dövlət qurumlarının 697 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 142 ədəd və ya 26 % çoxdur.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO