“Yüksəliş” müsabiqəsində 15 mindən çox şəxs qeydiyyatdan keçib

“Yüksəliş” müsabiqəsində 15 mindən çox şəxs qeydiyyatdan keçib

Hazırda oxunan: “Yüksəliş” müsabiqəsində 15 mindən çox şəxs qeydiyyatdan keçib

185143

“Yüksəliş” müsabiqəsinin dördüncü mövsümü üçün qeydiyyat mərhələsi başa çatıb.

Bizim.Media xəbər verir ki, müsabiqənin bu mövsümü üçün 15 min 877 şəxs qeydiyyatdan keçib. Onlardan 11 min 423-ü kişi, 4454-ü isə qadındır.

Dördüncü müsabiqəyə qeydiyyat üçün müraciət edən 9278 namizəd öncəki müsabiqələrdə də iştirak edib.

Müraciət edənlər arasında 21-30 yaşda olan 5918 nəfər, 41-51 yaş aralığında isə 1831 nəfər namizəd yer alır. Namizədlərdən 21 yaşı olan iştirakçı sayı 52, 51 yaşında isə 22 nəfər təşkil edir.
Nəticələrə əsasən iştirakçıların 8961 nəfəri dövlət, 6665 nəfəri özəl, 204 nəfəri qeyri-hökumət, 148 nəfəri isə beynəlxalq təşkilatların əməkdaşlarıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO