Azərbaycanın maliyyə sektoru ötən il aktivlərini ARTIRIB 

Azərbaycanın maliyyə sektoru ötən il aktivlərini ARTIRIB 

Hazırda oxunan: Azərbaycanın maliyyə sektoru ötən il aktivlərini ARTIRIB 

181176

Bu il yanvarın 1-nə Azərbaycanın maliyyə sektorunun aktivləri ölkənin ümumi daxili məhsulunun (ÜDM) 51,7 %-i, qeyri-neft-qaz ÜDM-nin isə 81,9 %-i qədər - 63,6 milyard manat təşkil edib. 

Bizim.Media hökumətin hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 3,25 % çoxdur. 

Hesabat tarixinə sektorun aktivlərinin 77,3 %-i banklarda cəmləşib. Bu nisbət 1 il bundan əvvəl 76,4 % olub.

Hesabat dövründə bank olmayan kredit təşkilatlarının (BOKT) və kredit ittifaqlarının payı 20,8 %-dən 19,7 %-ə düşüb, sığorta şirkətlərinin payı 2,6 %-dən 2,8 %-ə qalxıb, investisiya şirkətlərinin payı isə 0,2 % qalıb. 
Hökumət BOKT-ların aktivlərdəki payının yüksək olmasını “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin toksik aktivlərinin “Aqrarkredit” QSC BOKT-a ötürülməsi ilə izah edir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO