- A-
- A
- A+
Gündəm
09:20 / 08.04.2017
"Rusiya xüsusi xidmət orqanları kimin digər ölkə ərazisinə keçdiyini sona qədər açıqlamırlar"
Hazırda oxunan: "Rusiya xüsusi xidmət orqanları kimin digər ölkə ərazisinə keçdiyini sona qədər açıqlamırlar"
174634
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Yeni il gecəsi Türkiyədə, İstanbulun mərkəzində “Reina”x9d barında qanlı terror aktı törədib 40 nəfəri öldürən, 69 nəfəri yaralayan terrorçu ilə Rusiyanın Sankt-Peterburq şəhərindəki metroda partlayış törədib 10-dan çox şəxsi qanına qəltan edib 50 nəfəri yaralan şəxsləri birləşdirən məqam müzakirə mövzusudur.
“Reina”x9d terrorçusu Əbu Məhəmməd Xorasani kod adlı Abdulqədir Maşaripov da, 2 metro stansiyasını partladan Akberjon Cəlilov da Orta Asiyadan, konkret olaraq Qırğızıstandandırlar. Hər iki şəxsin Qırğızıstandan olmaları bilinəndən sonra Orta Asiyada terrorçuların yetişdirildiyi düşərgələrin olması məsələsi də yenidən gündəmə qayıdıb. Belə düşərgələrdə təlim görmüş, ən müxtəlif silahlarla davranmaqdan tutmuş məişət əşyalarından hündürmərtəbəli binaları lərzəyə gətirmək gücünə malik partlayıcılar düzəltməyə qədər biliklər öyrədilmiş şəxslər Azərbaycana da gələ bilərlərmi?
3 aydan bir qədər çox fərqlə qanlı aksiyalar törətmiş şəxslərin Qırğızstan vətəndaşları olması ümumilikdə bu dövlətin ölkəmizə gələn vətəndaşlarına xüsusi diqqət yetirilməsini zəruri edirmi? Azərbaycana gələn Qırğızıstan vətəndaşları xüsusi nəzarətə alınıblar?

Təhlükəsizlik xidmətinin sabiq zabiti, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyir ki, bütün bu olaylardan sonra Azərbaycanın xüsusi xidmət orqanlarının xüsusi tədbirlər həyata keçirməsi böyük ehtimalladır. : “Bildiyim qədər təhlükəsizlik xidmətinin son əməliyyatlarında da Orta Asiya ilə bağlılığı olan Azərbaycan vətəndaşlarının adları da ön sırada olub. Azərbaycanın təhlükəsizlik orqanında bu istiqamətdə müəyyən xa0əməliyyat məlumatların olması təbiidir. İndiyədək Miqrasiya Xidməti Orta Asiyadan çıxanları deportasiya edib. Açıq şəkildə onların hansı məsələlərə görə deportasiya olunduğu deyilməsə də, onların içində terror təşkilatları ilə müəyyən bağlılıqları, əlaqələri olanlar da yox deyil”x9d.
İ.İsmayıl qeyd edib ki, indiki dövrdə xa0Azərbaycan xüsusi xidmət orqanları ilə Orta Asiya xüsusi xidmət orqanları arasında müəyyən əməkdaşlığı zərurətdir: “Orta Asiya xüsusi xidmət orqanları ilə ölkəmizin xüsusi xidmət orqanlarının münasibətləri çox zaman xa0səmimi olub. xa0Yardımlaşmaqda, əməkdaşlıqda daha səmimidirlər. Rusiya xüsusi xidmət orqanları ilə MDB xüsusi xidmət orqanları arasında münasibətlər bu səviyyədə deyil. Rusiya xüsusi xidmət orqanları yeri gələndə öz mənafeləri naminə kimin digər ölkə ərazisinə keçdiyini sona qədər açıqlamırlar. Orta Asiya xüsusi xidmət orqanları, xüsusilə son vaxtlar şübhəli bildikləri şəxslərin kimlikləri haqda əməkdaşlıq etdikləri ölkələrin xüsusi xidmət orqanlarına imkan daxilində informasiya verirlər. xa0Sankt Peterburq terrorunda da onlarda olan məlumatları Rusiya yetkililəri ilə bölüşdülər. Rusiyanın imperiya ambisiyaları isə buna yol vermir. Uzun müddətli mina basdırmaqla məşğul olurlar. xa0Düzdür, Azərbaycanın xüsusi xidmət orqanları ilə Rusiya xüsusi xidmət orqanlarının əlaqələri, əməkdaşlığı var. Putinin keçirdiyi son görüşdə belə halların qarşısının alınması üçün çağırışlar vardı. Bütün bunlarla bərabər Rusiya xüsusi xidmət orqanları keçmiş postsovet olkələrinin hamısı, o cümlədən Azərbaycanın xüsusi orqanları ilə çox səmimi deyillər”x9d.

İ.İsmayıl Azərbaycandan çıxarılan Orta Asiya ölkələri vətəndaşlarının adlarının açıqlanmamasının səbəbini belə izah etdi: “Əlbəttə ki, Miqrasiya Xidməti filankəsin ölkədən təhlükəsizlik orqanının tələbi ilə çıxarıldığını açıqlaya bilməz. xa0Əsas məsələ odur ki, Azərbaycanın xüsusi xidmət orqanı bu istiqamətdə əməliyyat şəraitini xa0nəzarətdə saxlaya bilir”x9d.
İ.İsmayıl qeyd edib ki, Türkiyədə, ardından Rusiyada törədilən terror aktlarından sonra Orta Asiya kökənli insanlara nəzarət hər yerdə, o cümlədən Avropa dövlətlərində də güclənib: “Həmin terror aktlarının icraçılarının Orta Asiyadan olmaları bütün dünyada xüsusi xidmət orqanlarının maraq dairəsini bir qədər də genişləndirib. Azərbaycanda da təhlükəsizlik xidmətinin ayıq-sayıqlığını normal qəbul etmək lazımdır. Hiss olunur ki, Azərbaycan xüsusi xidmət orqanının Orta Asiya xüsusi xidmət orqanları ilə səmərəli əməkdaşlığının nəticəsində vəziyyət nəzarətdə saxlanılır. Aydındır ki, Orta Asiyadan gələnlərin hamısı terrorçu deyil. Amma gələnlərin arasında terrorçunun olması da istisna deyil. xa0Belə şəxslər haqda məlumatlar açıq şəkildə verilmir, ümumilikdə Miqrasiya Xidmətinin hesabatında yer alır. Çünki xüsusi xidmət orqanı açıqlamır ki, biz 2 özbək, 3 qırğız vətəndaşını ekstradisiya və ya deportasiya etdik. Bu, əlavə informasiyaya çıxışın qarşısını ala bilər, əlavə mənbələrə çıxışı əngəlləyə bilər, ən əsası terrorçunun qabaqcadan xəbərdar edilməsi olar. Ona görə də bu işlər məxfi şəkildə aparılır. Bu günə qədər Azərbaycanda ”x9dçp" fövqəladə hadisə baş verməyibsə, bunu xüsusi xidmət orqanımızın uğuru saymaq lazımdır".".(musavat.com)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































