İşdən çıxan şəxsə maaş köçürülürsə, məsuliyyəti KİM DAŞIYIR? – HÜQUQİ İZAH

İşdən çıxan şəxsə maaş köçürülürsə, məsuliyyəti KİM DAŞIYIR? – HÜQUQİ İZAH

Hazırda oxunan: İşdən çıxan şəxsə maaş köçürülürsə, məsuliyyəti KİM DAŞIYIR? – HÜQUQİ İZAH

171971

Vətəndaşlardan birinin başına qəribə iş gəlib. O, 3 ay əvvəl öz ərizəsi ilə işdən çıxsa da ötən müddətdə hər ay onun kartına maaş yüklənir. Artıq maaş kartındakı vəsait 3 min manatı keçib. Lakin o nə edəcəyini bilmir.

Qeyd edək ki, bu cür hallar ilk dəfədir baş vermir. Əsas maraqlı məqam isə belə vəziyyətlə üzləşən vətəndaşların çox vaxt nə edəcəklərini bilməməlidir.

Belə hallarda nə etməli?

Məsələ ilə bağlı hüquqşünas Əkrəm Həsənovun fikirlərini öyrəndik.

O, Bizim.Media-ya açıqlamasında bildirib ki, burada iki variant ola bilər:

“Ola bilsin ki, həmin şəxsin məzuniyyət və digər xərcləri yığılıb qalıb. Ona görə də vətəndaşın kartına əlavə vəsait yatırılıb. İkinci variantsa odur ki, şirkətin mühasibatlığı qarşıq salıb. İşçinin işdən azad olmasının qeydiyyatını aparmayıb”.

Əkrəm Həsənov qeyd edib ki, belə vəziyyətdə vətəndaş hər hansı bir məsuliyyət daşımır:

“Yaxşı olar ki, karta yatırılan vəsaitə toxunulmasın. Sabah şirkət bunu biləcək və həmin vəsaiti geri tələb edəcək. Vətəndaş da həmin vəsaiti geri qaytarmağa borcludur. Ona görə də həmin şəxs vaxt itirmədən köhnə iş yerinə məlumat verib, vəziyyəti aydınlaşdırmalıdır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO