“Naxçıvan azad iqtisadi zonaya ÇEVRİLƏCƏK” – Fuad Nəcəfli

“Naxçıvan azad iqtisadi zonaya ÇEVRİLƏCƏK” – Fuad Nəcəfli

Hazırda oxunan: “Naxçıvan azad iqtisadi zonaya ÇEVRİLƏCƏK” – Fuad Nəcəfli

170666

“Naxçıvanın sosial-iqtisadi proqramla azad iqtisadi zonaya çevrilməsi prosesi bu il ərzində baş verəcək. Bunun üçün işlər aparılır. İlkin olaraq biz xüsusi iqtisadi rejimi tətbiq etməliyik".

Bizim.Media xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin Naxçıvan Muxtar Respublikasına təşkil etdiyi "Ulu öndər Heydər Əliyevin izi ilə" adlı mediaturda çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib.

O, xüsusi güzəştlərlə Naxçıvana çox sayda investorun cəlb olunacağını bildirib:

“Bu, xüsusi iqtisadi rejimdir. Xüsusi  iqtisadi rejim çərçivəsində müəyyənləşdiriləcək güzəştlər bir xeyli investoru Naxçıvana cəlb edəcək. Bunun əsasında formalaşdırdığımız mühitlə azad iqtisadi zonanın təməlini atmış olacağıq”.

Alçina Amilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO