Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə 7 milyon 651 min ton yük daşınıb.
Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yükdaşımalar 2022-ci ilin eyni dövrü ilə müqayisədə 21,1 % artıb.
Yüklərin 55,6 %-i neft yükləri təşkil edib.
Dəniz limanları 11 milyon 157,8 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirib və yüklərin 9 milyon 221,1 min tonunu və ya 82,6 %-i tranzit yüklər təşkil edib.
Noyabrın 1-nə qədər limanlarda qalan yüklərin həcmi 366,7 min ton olub.
Həmçinin cari ilin 10 ayında dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı 2022-ci ilin müvafiq dövrünə nisbətən 13,6 % artaraq 20,1 min nəfər olub.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
14:14 / 18.11.2023
Azərbaycanda dəniz nəqliyyatı ilə yükdaşımaların həcmində KƏSKİN ARTIM
Hazırda oxunan: Azərbaycanda dəniz nəqliyyatı ilə yükdaşımaların həcmində KƏSKİN ARTIM
Hazırda oxunan: Azərbaycanda dəniz nəqliyyatı ilə yükdaşımaların həcmində KƏSKİN ARTIM
164950
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.