Azərbaycanda ödəniş kartlarının sayı 4,12 faiz ARTIB – HESABAT  

Azərbaycanda ödəniş kartlarının sayı 4,12 faiz ARTIB – HESABAT  

Hazırda oxunan: Azərbaycanda ödəniş kartlarının sayı 4,12 faiz ARTIB – HESABAT  

157087

Cari ilin avqust ayında ödəniş kartlarının ümumi sayı 15 669 ədəd təşkil edib ki, ötən ilin eyni dövrü ilə müqayisədə 2634 ədəd və ya 4,12 faizdə çoxdur.  

Bizim.Media Mərkəzin Bankın açıqladığı 8 ayın göstəriciləri ilə bağlı hesabata istinadla xəbər verir ki, ötən dövrdə bu rəqəm 13 035 ədəd olub.  

Cari dövrdə bu kartların 3661 ədədi sosial kartlar, 2802 ədədi əmək haqqı kartları, 7149 ədədi digər kartlar olub.  

Debet və kredit kartları vasitəsilə 119 994 əməliyyat  aparılıb ki, bu da  ötən ilin eyni dövrü ilə müqayisədə 55 249 ədəd və 46,04 faiz çoxdur. Belə ki, ötən il 64 745 əməliyyat həyata keçirilib.

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO