“Bitkoin”in qiyməti kəskin UCUZLAŞDI: Daha ciddi proseslər baş verəcək - Ekspertdən XƏBƏRDARLIQ

Hazırda oxunan: “Bitkoin”in qiyməti kəskin UCUZLAŞDI: Daha ciddi proseslər baş verəcək - Ekspertdən XƏBƏRDARLIQ

151396

“Xeyli vaxtdır ki, birjalarda yaranmış problemlər artıq dünəndən etibarən özünü büruzə verdi və bu gün erkən səhər saatlarında “Bitkoin” birdən-birə 25 200 ABŞ dollarına qədər ucuzlaşdı”.  

Bu sözləri Bizim.Media saytına açıqlayan, kriptovalyuta bazarı üzrə mütəxəssis Afiq Ağaquliyevin sözlərinə görə, son bir həftə ərzində “Bitkoin” 29 500 dollardan yuxarı qalxa bilmədi:
 

MÖVZU İLƏ BAĞLI:

“Bitkoin”in qiyməti 120 min dollara kimi yüksələ bilər


“Son saatlarda is daha ciddi şəkildə dəyər itirməyə başladı və 26 200 dollara qədər ucuzlaşdı. “Etherium” kriptosunun dəyəri isə 1695 dollara qədər aşağı düşdü. Son vaxtlar “Bitkoin” ilə bağlı maraqlı və sürpriz dolu proseslər baş verir. Ona görə ki, 5-ci və 6-cı nəsil blokçeynlərə uyğunlaşa bilmədiyi üçün bəzi sıxıntılar yaşayır və bundan da çox dəyər itirə bilər”. 

Ekspert qeyt etdi ki, bununla belə, heç kim “Bitkoin”in uculaşmasına görə narahat olmasın: 

“Ona görə ki, yaxın vaxtlarda bu dəyər yenidən artmağa başlayacaq. Təkcə “Bitkoin” deyil, hətta “TOP-100”-də olan kriptolarında dəyəri qalxacaq. Ancaq onların sırasında da bəzi yerdəyişmələr olacaq. Ona görə ki, bəziləri 5-ci və 6-cı nəsil blokçeynlərlə təmin olunacaq və bunun hesabına yerləri dəyişəcək”.

Kriptovalyuta bazarına yatırımlar edən şəxsləri diqqətli olmağa dəvət edən müsahibimiz əlavə etdi ki, buna görə onlar seçim etməlidirlər:

“Hətta bu bazarda baş verəcək hadisələri öncədən görməli və nəzərdən keçirməlidirlər. Sonra də yatırdıqları vəsaitlərin hansı kriptolarda qalmasına diqqət yetirsinlər. Ola bilsin, bu bazarda müəyyən paya malik olan və zənginləşmiş insanlar gərginliklə qarşılaşsınlar. Hətta əldə etdikləri sərvətlərin 90 faizini itirə bilərlər. Bu itkilər kiçik yatırımlar edən sadə insanlara da ciddi təsir edəcək”.      

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO