Azərbaycanda hava nəqliyyatı ilə yükdaşımalar ARTIB

Azərbaycanda hava nəqliyyatı ilə yükdaşımalar ARTIB

Hazırda oxunan: Azərbaycanda hava nəqliyyatı ilə yükdaşımalar ARTIB

146312

Bu ilin I yarısında Azərbaycanda hava nəqliyyatı ilə 861 milyon 730 min ABŞ dolları dəyərində 51 min 419 ton yük daşınıb.

Bizim.Media Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 10,2 % və 29,8 % çoxdur.

O cümlədən, 6 ay ərzində hava nəqliyyatı ilə 157 milyon 671 min ABŞ dolları dəyərində 46 min 161 ton yük ixrac olunub, 704 milyon 58 min ABŞ dolları dəyərində 5 min 258 ton yük idxal olunub.

Hesabat dövründə ixrac olunan yükün dəyəri 18 %, həcmi 32,2 %, idxal olunan yükün isə dəyəri 9,1 %, həcmi 9,4 % artıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO