Naxçıvanda xüsusi gömrük rejimi YARADILACAQ

Naxçıvanda xüsusi gömrük rejimi YARADILACAQ

Hazırda oxunan: Naxçıvanda xüsusi gömrük rejimi YARADILACAQ

139819

Naxçıvan Muxtar Respublikasının bütün ərazisi üçün gömrük rüsum güzəştini (siyahı üzrə Azərbaycanda istehsal edilən mallar istisna olmaqla) nəzərdə tutan xüsusi gömrük rejimi (zonasının) yaradılacaq. 

Bizim.Media xəbər verir ki, bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda qeyd olunub. 

Sənədə əsasən, Dövlət Gömrük Komitəsi Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə 2023-2027-ci illər ərzində Xüsusi gömrük rejiminin (zonasının) fəaliyyətə başlamasını təmin etməlidir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO