“OPEC+” 2024-cü il üçün planlarını açıqladı

Hazırda oxunan: “OPEC+” 2024-cü il üçün planlarını açıqladı

139667

“OPEC+” üzvü olan ölkələr razılaşmanı 2024-cü ilə qədər uzatmaq niyyətindədirlər, Səudiyyə Ərəbistanı isə könüllü olaraq neft hasilatını yenidən azaltmağı planlaşdırır.

Bizim.Media bu barədə “İnterfaks” mənbələrə istinadən xəbər verir.

Eyni zamanda, “Reuters” qeyd edir ki, təşkilat üzv dövlətlər onun yeni baza səviyyələri barədə razılığa gəldikdən sonra 2024-cü ildən hasilatı azalda bilər.

Razılaşma çərçivəsində OPEC+ ölkələri bu ilin sonuna qədər neft hasilatını gündəlik 2 milyon barel azaldacaq. Aprel ayında Səudiyyə Ərəbistanı da daxil olmaqla, bir sıra alyansa üzv ölkələr may ayından kvotadan artıq könüllü azalma - gündəlik daha 1,16 milyon barel azaldıldığını elan ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO