
- A-
- A
- A+
Tiflisdə Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrinin genişləndirilməsi müzakirə edilib - FOTO
Azərbaycan Gürcüstanla iqtisadi əlaqələrin genişləndirilməsini müzakirə edib.
Bizim.Media xəbər verir ki, bu barədə M. Cabbarov bu barədə özünün “Twitter” hesabında məlumat verib.
Məlumata görə, müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə Tiflisdəki keçirilən görüşdə aparılıb.
Görüşdə Azərbaycan-Gürcüstan münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edilib, birgə həyata keçirilən layihələrin önəmi barədə fikir mübadiləsi aparılıb.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin (@GharibashviliGe) qəbulunda olduq. ??-?? münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə etdik, birgə həyata keçirilən layihələrin önəmi və #iqtisadi əlaqələrin genişləndirilməsi sahəsində təşəbbüslər barədə… pic.twitter.com/V2doh1LJYs
— Mikayil Jabbarov (@MikayilJabbarov) June 2, 2023
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































